ABŞ-da 6 nəfərin ölümünə, 12 nəfərin yaralanmasına səbəb olan atışmanın iştirakçısı həbs edilib

ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində 6 nəfərin
ölümünə, 12 nəfərin yaralanmasına səbəb olan silahlı insidenti
törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı Dandre
Martin hücum və qanunsuz odlu silah saxlama ittihamı ilə həbs
edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən 100-dən
çox giliz aşkar ediblər.