Qubada qəbiristanlıqda silah-sursat aşkarlanıb (FOTO)

Qubada silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional
qrupundan AzerTimes-a bildirildiyinə
görə, Quba Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə, şəhər
qəbiristanlığında silah-sursat olması barədə məlumat daxil
olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşları həmin ərazidən 1
tapança, 45 ədəd müxtəlif çaplı güllələr aşkar edərək
götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Teqlər: