Sabah hava əsasən yağıntısız keçəcək

Fevralın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə
və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Abşeron yarımadasında gecə 4-7° isti, gündüz 9-12° isti, Bakıda
gecə 5-7° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 764 mm
civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 %
olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər
saatlarında duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə
arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək, gündüz 9-14° isti,
dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Teqlər: