Mingəçevirdə iri işəgötürənlərlə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq filialının
nümayəndələri Mingəçevir şəhərində fəaliyyət göstərən iri
işəgötürənlərin insan resursları koordinatorları ilə
görüşüblər.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri və
məşğulluq xidmətləri ilə bağlı məlumat verilib, mövcud imkanlar və
əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün ilkin nəticəsi
olaraq 3 işəgötürən peşə hazırlığına, 8 işəgötürən isə əməkhaqqının
birgə maliyələşdirilməsi proqramı ilə bağlı müraciət edib.

Filialın nümayəndələri həmçinin, Mingəçevir Dövlət
Universitetinin rektoru ilə də görüşüb. Görüşdə əmək bazarının
mövcud tələbləri, tələbə və məzunların karyera inkişafının
dəstəklənməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə
edilib. Birgə əməkdaşlıq imkanları qiymətləndirilib və müvafiq
layihələr çərçivəsində işbirliyinə dair ilkin razılıq əldə
olunub.


Dövlət Məşğulluq Agentliyi ölkədə işsiz və işaxtaran şəxslərin
məşğulluğunu təmin edən, onların peşə bilik və bacarıqlarını
inkişaf etdirən, işini itirmiş şəxslərə müvəqqəti maddi dəstək
göstərən publik hüquqi şəxsdir. Agentlik bu xidmətləri 22 ərazi
məşğulluq filialı, 36 xidmət şöbəsi və 3 peşə hazırlıq mərkəzi
vasitəsilə həyata keçirir. Göstərilən xidmətlər, icra edilən layihə
və proqramlar barədə daha ətraflı məlumat üçün www.dma.gov.az saytına, 142 çağrı
mərkəzinə və ya Agentliyin müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz.

Teqlər: