Qubada keçmiş arvadını əvvəlcə balta ilə, sonra isə boğaraq öldürmək istəyən şəxs saxlanıldı

Aprelin 25-i saat 13 radələrində Quba rayonu, Səbətlər kənd
sakini Gülnar Muradovanın yaşadığı evdə xəsarətlər alması barədə
rayon prokurorluğuna məlumat daxil olub.

Quba rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin
keçmiş əri, 1984-cü il təvəllüdlü Elşən Muradov qeyd edilən tarixdə
qayınanasına məxsus evə gələrək şəxsi münasibətlər zəminində
aralarında yaranmış münaqişə zamanı balta ilə Gülnar Muradovanın
baş nahiyəsinə 2 dəfə zərbə endirib sonuncunun yerə yıxılmasından
sonra əlləri ilə onu boğmaq istəyərkən qızı Ayşən Muradovanın
stəkanla Elşən Muradovun baş nahiyəsinə zərbə endirməsi səbəbindən
o, cinayət əməlini başa çatdıra bilməyib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,
120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi
başlanmışdır.
Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: