Şəhid Vüsal Teymurovun ailəsi ziyarət olunub (FOTO)

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal
Nəsirli Vətən müharibəsinin şəhidi Teymurov Vüsal Zakir oğlunun
ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.

V.Teymurov 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu
keçib və Şuşa istiqamətində gedən döyüşdə şəhid olub. Prezident
İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad
olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad
olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən yeni 3 otaqlı mənzillə təmin edilib. Ailəyə sığorta
ödənişi, maddi yardım verilib, Prezidentin aylıq təqaüdü təyin
olunub. Şəhidin anasının məşğulluğu təmin edilib. Şəhidin atası isə
pensiyaçıdır.

Ailə ilə görüş zamanı şəhid V.Teymurovun döyüş yolundan bəhs
olunub. Şəhid olmuş qəhrəmanlarımızın, həmçinin şəhid V.Teymurovun
xatirəsinin həmişə ürəklərdə yaşayacağı vurğulanıb.

Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib. Nazir müavini
ailənin yaşayışının bundan sonra da daim diqqətdə saxlanacağını
bildirib.

Teqlər: