Qubada heroin alverçiləri saxlanılıb (FOTO)

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər – paytaxt sakinləri
Sahil Məmmədov, Hüseyn Məmmədov və 1 nəfər Siyəzən rayon sakini
Eldar İlyasov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba
regional qrupundan məlumat verilib.

Onların üzərindən külli miqdarda, yəni 1 kiloqramdan artıq
heroin aşkar edilib.

Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları
xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində
narkokuryerlik etdikləri və qaçaqmalçılıq yolu ilə göndərilən
narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etdikləri
məlum olub.


Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul
olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis
Şöbəsinin İstintaq Bölməsində araşdırmalar başlanılıb. Onlar
tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

Quba rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu
narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis
əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Teqlər: