ATƏT Rusiyanı qondarma “DXR” və “LXR”i tanıması qərarını ləğv etməyə çağırır

ATƏT-in hazırkı sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau,
ATƏT-in baş katibi Helqa Şmid və ATƏT Parlament Assambleyasının baş
katibi Roberto Montella Rusiyanı qondarma “DXR” və “LXR”i tanıması
qərarını ləğv etməyə çağırır.

Trend-in
məlumatına görə, bu barədə ATƏT-in bəyanatında deyilir.

Bəyanatda Rusiyanın bu addımı qəti şəkildə pislənilir.

“Bu addım beynəlxalq hüququn, ATƏT-in fundamental prinsiplərinin
pozulması deməkdir və Minsk razılaşmalarına ziddir. ATƏT bütün üzv
ölkələri kimi Rusiyada digər ölkələrin suverenliyi və ərazi
bütövlüyünü tanımaq öhdəliyini götürüb. Tanıma qərarı gərginliyi
daha da artıracaq və bu regionda yaşayan əhalinin öz ölkələrindən,
Ukraynanın qalan hissəsindən ayıracaq”, – bəyanatda deyilir.

(Tərcümə: Orxan Nəbiyev)