Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan
Respublikasına rəsmi səfəri aprelin 20-də başa çatıb.

Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu və xanımı Ayqul
Japarovanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və
digər rəsmi şəxslər yola saldılar.

Teqlər: