Azərbaycanda 21 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına
21 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq
sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, xəstəlikdən ölüm halı qeydə alınmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 412 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 782 584 nəfər müalicə olunaraq
sağalıb, 9 706 nəfər vəfat edib, aktiv xəstə sayı 122 nəfərdir.

Ölkədə son sutka ərzində 4 522, hazırkı dövrədək isə 6 780 926
test aparılıb.

Teqlər: