Daha 3 rayona yeni prokuror təyin edildi

Azərbaycanda daha 3 rayona yeni prokuror təyin edilib.

Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat
verilib.
Məlumata görə, Baş Prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə
Sumqayıt şəhər prokurorunun müavini Elnur Cəfərov tutduğu vəzifədən
azad edilərək Ağsu rayon prokuroru təyin edilib.
Baş prokurorun digər əmri ilə Ağsu rayon prokuroru Rəşad Mansurov
isə vəzifəsindən azad edilərək Salyan rayon prokuroru təyin
olunub.
Baş prokuror Kamran Əliyevin daha bir əmri ilə Baş Prokuror yanında
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin
mühüm işlər üzrə müstəntiqi Emil Kərimov tutduğu vəzifədən azad
edilərək Oğuz rayon prokuroru təyin olunub.

Teqlər: