Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan prezidenti Sadır Japarov aprelin 19-20-də
Azərbaycana rəsmi səfər edəcək.

Trend bu barədə
Kabar agentliyinə istinadən məlumat verir.

S.Japarov səfər çərçivəsində Milli Məclisin sədri Sahibə
Qafarova ilə ikitərəfli görüş keçirəcək.

Bundan başqa, Azərbaycanın işgüzar dairələrinin nümayəndələri
ilə görüşlər planlaşdırılır. Bu görüşlər zamanı Qırğızıstan və
ticarət-investsiya sahəsində əməkdaşlıq perspektivləri barədə
məlumatlar təqdim olunacaq.

Səfər Qırğızıstanla Azərbaycan arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyi, eləcə də ölkələr arasında
Dostluq və əməkdaşlıq müqaviləsinin imzalanmasının 25 illiyi
ərəfəsində baş tutacaq.

Səfər çərçivəsində bir sıra sənədlərin, xüsusilə Strateji
tərəfdaşlıq barədə bəyannamə, Dövlətlərarası şuranın yaradılması
barədə memorandum, eləcə də hər iki ölkənin maraqlarına cavab verən
hökumətlərarası və qurumlararası sazişlərin imzalanması
planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: