Dövlət qulluğunda rəhbər vəzifələr üzrə imtahana qeydiyyat başlayıb

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 may 2022-ci il tarixində
inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər
vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə
test imtahanı keçiriləcək.

Mərkəzdən
Trend
-ə verilən məlumata görə, imtahanda iştirak etmək istəyən
namizədlərin
qeydiyyatı
2022-ci il 13 may saat 11:00-dək
aparılacaq.

İmtahan kompüter vasitəsilə keçiriləcək. İmtahanın keçiriləcəyi
ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28
(keçmiş Bakı Asiya Universitetinin binası).

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında
Şəxsi
kabinet
”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar).
Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak
üçün ödəniş tarifləri ilə
buradan
tanış ola bilərsiniz. “Şəxsi
kabinet
”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif
ödəniş üsullarından (ətraflı məlumat
burada
) istifadə etmək olar. “Şəxsi
kabinet
” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən
sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında

“Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün
onlayn qeydiyyat” xidməti
vasitəsilə qeydiyyatdan keçmək
lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən
namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Teqlər: