Evlərdən oğurluq edən və narkotik satan şəxslər saxlanılıblar (FOTO/VİDEO)

Xəzər rayonu Binə qəsəbəsində yeni tikilməkdə olan evlərdən
birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə,
zərərçəkən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə
müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik
naqillərinin oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata
keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində
hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan T.
Baradov qısa zamanda saxlanılıb. Polis Şöbəsində araşdırma aparılan
zaman onun Binə qəsəbəsində əlavə olaraq 6 evdən oğurluq etdiyi
müəyyən edilib.

3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən
digər əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin
satışını həyata keçirən şəxslər saxlanılıblar.

Belə ki, əməliyyat zamanı paytaxt sakini Ruslan Melnik tutulyb.
Onun üzərindən 1 büküm narkotik vasitə olan heroin aşkar edilib.
Həmin şəxs ifadəsində narkotik vasitələri Binə qəsəbəsində Zahir və
Mahmud adlı şəxslərdən aldığını bildirib. Şöbə əməkdaşları
tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Binədə
narkotiklərin satışı ilə məşğul olan Zahir Əmralıyev və Mahmud
Dəmirçiyev tutulublar. Onların üzərindən və yaşadıqları evlərdən
ükülli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan
metamfetamin aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Teqlər: