Qida məhsullarının müxtəlif minerallarla zənginləşdirilməsi mümkün olacaq – AQTA sədri

“Qida Təhlükəsizliyi haqqında” qanunun qəbul edilməsi ilə
Agentliyə heç bir əlavə səlahiyyət verilmir.

AzerTimes-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin
sədri Qoşqar Təhməzli deyib.

O qeyd edib ki, qanunun qəbulu AQTA-nın həyata keçirdiyi
səlahiyyətlərin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Q.Təhməzov əlavə edib ki, bu qanunun qəbulundan sonra qida
məhsullarının müxtəlif minerallarla zənginləşdirilməsi mümkün
olacaq.

“Bir sıra minerallar qida məhsullarında azlıq təşkil edəndə bəzi
xəstəliklər ortaya çıxır. Qida məhsullarında dəmirin, D vitamininin
çatışmazlığı insan orqanizmində bəzi problemlərə yol açır”, – deyə
o əlavə edib.

Teqlər: