Muzdla çalışan işçilərdə orta aylıq nominal əməkhaqqı artıb

2022-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min
nəfər və ya 0,2 faiz artaraq 1682,1 min nəfər olmuş, onlardan 902,5
min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 779,6 min nəfəri isə
qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, muzdla
işləyənlərin 19,8 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat
vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,1 faizi əhaliyə səhiyyə
və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi tikinti, 6,7 faizi
dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat
və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi
maliyyə və sığorta fəaliyyəti, 13,7 faizi isə iqtisadiyyatın digər
sahələrində məşğul olmuşlar.

2022-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında
muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin
müvafiq dövrünə nisbətən 11,0 faiz artaraq 768,3 manat olmuşdur.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta
fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə,
eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq
nominal əməkhaqqı daha yüksək olmuşdur.

Teqlər: