AQTA Rusiyanın Azərbaycandan pomidor ixracına qadağa qoyması barədə məlumatlara münasibət bildirib

Rusiyanın müvafiq qurumu tərəfindən Azərbaycandan həmin ölkəyə
pomidor ixracına qadağaların qoyulması ilə bağlı qərar yoxdur.

AzerTimes-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin
(AQTA) sədri Qoşqar Təhməzli deyib.

O qeyd edib ki, hazırda Azərbaycandan pomidor və alma
məhsullarının ixracı mükündür.

“Təcili bildiriş vərəqələrini biz təqdim edirik. İdxal edən
ölkələr məhsulda hansısa zərərli maddə aşkarlanarsa, bildiriş
göndərir. Bu gün Azərbaycanın alma və pomidor ixrac etdiyi
ölkələrdə hər hansı məhdudiyyət yoxdur”, – deyə o bildirib.

Teqlər: