Qəyyumluq komissiyaları bəzən uşaqların mənafeyini düzgün qiymətləndirmir – Dövlət Komitəsi

İlk beş ayda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinə uşaq tələbi ilə bağlı 110, uşaqla ünsiyyətlə bağlı 54,
uşaqların valideynlərin və ya digər qohumların himayəyə verilməsi
ilə bağlı 11 müraciət daxil olub.

AzerTimes-ın məlumatına görə, bunu Komitənin sədr müavini Aynur
Sofiyeva Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya Şurasının birgə
tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr
edilən Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində
uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı mövzusunda
keçirilən tədbirdə deyib.

O bildirib ki, sənədlərin icrası zamanı bəzən uşaqların
psixi-emosional vəzziyyətinin düzgün qiymətləndirilməməsi halları
aşkarlanıb:

“Bzən isə uşağın zorla qarşı tərəflə görüşdürülməsi yaxud
himayəyə verilməsi halları aşkarlanıb.

Müraciətlər zamanı biz yerli icra hakimiyyətləri yanında
qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə
bəzən uşaqların mənafeyinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə
edirik. Buna görə də mediatorlar tərəfindən məsələyə qərəzsiz
şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi
kimi qəbul olunmamalıdır. Mediatorlar tərəfindən komissiya rəyi
verilməsi üçün müraciət edildiyi halda konkret suallar qoyulmalı və
onun cavablandırılması tələb olunmalıdır. Uşaqların mənafeyi ilə
bağlı məsələlərin həssaslığı nəzərə alınaraq qeyri-hökümət
təşkilatları və dövlət qurumları, eləcə də bu sahə ilə məşğul olan
mütəxəssislərlə qarşılıqlı iş aparılmalıdır”.

Teqlər: