Bu il 478 ailə barışdırılıb – Mediasiya Şurası

Bakı şəhərində fəaliyyət göstərən 15 Mediasiya təşkilatına 10
min 197 müraciət daxil olub.

AzerTimes-ın məlumatına görə, bunu Mediasiya Şurasının İdarə
Heyətinin sədri Nadir Adilov Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya
Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq
Müdafiəsi Gününə həsr edilən Mediasiya prosesləri zamanı ailə
mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin
aktuallığı mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Mediasiya Təşkilatları olmayan regionlar üzrə
Şura tərəfindən bölünən işlərin və o cümlədən mediasiya təşkilatı
olan regionlarda (Bakı, Gəncə və Lənkəran) mediasiya təşkilatı
tərəfindən bölünən ümumi işlərin sayı 15 018 olub:

“Burada ailə mübahisəsi 12 872, kommersiya mübahisəsi 1550, əmək
mübahisəsi 596 olub.

Mediasiya Şurasına regionlardan daxil olan müraciətlərin sayı
4821 olub. Ailə müraciətlərinin sayı 4238, kommersiya
müraciətlərinin sayı 379, əmək müraciətlərinin sayı isə 104
olub.

“Bu ilin 5 ayında əldə olunan barışıq sazişlərinin sayı 568
olub. Bunun 478-i ailə münaqişələrinin, 124-ü kommersiya, 101-i
əmək münasibətlərində əldə olunub” – deyə N.Adilov qeyd edib.

Teqlər: