Qeyri-iş günləri ərzində 135 yanğına çıxış olub – FHN (VİDEO)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat
Xidmətindən məlumat verilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən qeyri-iş günləri ərzində ümumilikdə 135 yanğına çıxış və
7 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları
həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər
nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının
xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən qeyri-iş günləri ərzində
6 nəfər xilas edilib, 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti
üzrə təhvil verilib.

Teqlər: