Kamran Əliyev Şəmkir, Gədəbəy və Daşkəsən sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun
olaraq Baş prokuror Kamran Əliyev cari il iyunun 7-də saat 10:00-da
Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy və
Daşkəsən rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəmkir rayonuna
gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata
keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına
yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun
Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07
nömrəli telefonu və [email protected] elektron poçt ünvanı,
eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram,
facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla
bilərlər.

Teqlər: