Nikahların sayı azalsa da boşanma ilə bağlı statistika dəyişmir – Ombudsman

Nikahların sayı azalsa da boşanma ilə bağlı statistika
dəyişmir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın insan hüquqları üzrə
müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi, UNİCEF və
Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların
Beynəlxalq Müdafiəsi Gününə həsr edilən Mediasiya prosesləri zamanı
ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi
məsələlərinin aktuallığı mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, nikahların sayı iki dəfə azalsa da boşanma
hallarının göstəricisi dəyişmir.

“Təəssüf hissi ilə qeyd etməliyəm ki, qeyri-rəsmi nikahların
sayı da az deyil. Belə ailələrdə doğulan uşaqların taleyi isə
sonradan risk altında olur. Operativ qaydada həlli vacib olan ailə
münaqişələri zamanı biz bəzən rəsmi prosedurları gözləmədən Ədliyyə
Nazirliyinə müraciət edirik”, – S.Əliyeva deyib.

Teqlər: