Qərb bankları Ukrayna böhranına görə 10 milyard dollardan çox itki ilə üzləşməyə hazırlaşırlar

Avropa və Amerika bankları Ukrayna hadisələrinə görə ümumi
məbləği 10 milyard dollardan çox itki ilə üzləşməyə
hazırlaşırlar.

Trend xəbər
verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
Qeyd olunur ki, İtaliyanın ən böyük bankı olan “Unicredit” bu
həftənin əvvəlində Rusiyada mümkün itkilər üçün 1,2 milyard avrodan
çox vəsait ayırdığını bildirib və Rusiyada fəaliyyətinin tamamilə
dayandırılacağı təqdirdə 5,3 milyard avro itirə biləcəyi barədə
xəbərdarlıq edib.

“Rosbank”dakı payını satdığını elan edən Fransanın “Societe
Generale” bankı sövdələşmədən 3,1 milyard avro itirməyə
hazırlaşır.

Amerika bankı “Citigroup” 3 milyard dollarlıq mümkün itkilər
barədə xəbərdarlıq edib və indiyədək potensial itkilər üçün 1
milyard dollar ayırıb.

“JPMorgan Chase” isə Ukrayna hadisələri səbəbindən 1 milyard
dollara qədər itirəcəyini gözləyir.