Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun nümayəndəsi ilə görüş keçirilib

Azərbaycanda işgüzar səfərdə olan Beynəlxalq Kənd Təsərrüfatının
İnkişafı Fondunun (İFAD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri
üzrə Çoxtərəfli əməkdaşlıq Ofisinin direktoru Bernard Hien
ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Naizrliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə “Yaşıl
Kənd Təsərrüfatı”nın ölkədə tətbiqi, iqlim dəyişmələrinin kənd
təsərrüfatına təsirləri, bu sahədə görülmüş işlər müzakirə olunub,
həmçinin aqrar sektorda su itkisinin qarşısının alınması və
gələcəkdə suya tələbatın ödənilməsində rəqəmsal kənd təsərrüfatına
keçidin mühüm rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Teqlər: