Asiya Oyunları – 2022 COVID-19 səbəbilə təxirə salınıb

Sentyabrda Çinin Xançjou şəhərində keçirilməsi nəzərdə tutulan
Yay Asiya Oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.

Trend xəbər
verir ki, bu barədə Oyunların təşkilat komitəsi məlumat yayıb.

Yarışların keçiriləcəyi yeni tarix barədə əlavə məlumat
veriləcək. Təşkilat komitəsinin yaydığı məlumatda vurğulanır ki,
qərar ölkədə epidemik vəziyyət və təşkilatın miqyası nəzərə
alınmaqla qəbul edilib.

Asiya Oyunları sentyabrın 10-dan 25-dək keçirilməli idi. Çinin
Şantou şəhərində keçirilməsi planlaşdırılan və sonradan təxirə
salınan 2021-ci il Gənclər Asiya Oyunları da təxirə
salınmışdır.

Növbəti Gənclər Asiya Oyunları planlaşdırıldığı kimi 2025-ci
ildə Daşkənddə keçiriləcək.

Teqlər: