Qəbul imtahanlarının nəticələrinin elan olunacağı vaxt məlum oldu

Xəbər - Elçin Mehdiyev – Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 14 iyulda keçirilən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinin elan olunacağı vaxt açıqlanıb.

DİM-dən AzerTimes-a verilən məlumata görə, iyulun 15-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.


İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Teqlər: