Abşeron DOST Mərkəzi 214 min vətəndaşa xidmət göstərəcək – Fərid Məmmədov

Xəbər - Çingiz Səfərli – Trend:

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin ilk regional mərkəzi olan Abşeron DOST Mərkəzində 214 min vətəndaşa xidmət göstəriləcək.

AzerTimes xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib. Onun sözlərinə görə, mərkəzdə ümumilikdə 152 xidmət göstəriləcək:

“Bunlardan 17-si yardımçı xidmətlərdir. Məsələn, notariat, bank xidmətləri və s. Mərkəzdə həmçinin 100-dən çox əməkdaş çalışacaq və hər ay 50 könüllü burada işlərə cəlb ediləcək”.

Teqlər: