İtaliya və Argentina yığmaları Maradonanın xatirəsinə yoldaşlıq görüşü keçirə bilərlər

İtaliya və Argentinanın futbol üzrə yığmaları Dieqo Maradonanın xatirəsinə yoldaşlıq görüşü keçirə bilərlər.

AzerTimes-ın məlumatına görə, bunu “The New York Times” qəzetinin jurnalisti Tarik Panci deyib.

Onun sözlərinə görə, yoldaşlıq görüşü Neapolda yerləşən “Dieqo Armando Maradona” stadionunda baş tuta bilər.

İyulun 12-si “TyC Sports” telekanalının jurnalisti Sezar Luis Merlo bildirmişdi ki, Cənubi Amerika Futbol Konfederasiyası Avropa Futbol Assosiasiyaları Birliyininə 2022-ci ildə komandalar arasında oyunkeçirməyi təklif edib.

Xatırladaq ki, Argentina yığması iyulun 11-də finalda Braziliya millisinə qalib gələrək Amerika Kubokunun, İtaliya yığması isə İngiltərəni məğlub edərək Avropa Çempionarının qalibi olub.

Teqlər: