Qazaxıstanın daha bir bankı “Mir”ə xidməti dayandırdı

Qazaxıstanın daha bir bankı “Mir”ə xidməti dayandırdı

Qırğızıstanın daha bir bankı Rusiyanın “Mir” kartları ilə bağlı əməliyyatları dayandırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Bank of Asia” bankının mətbuat xidməti məlumat verib.

“Hörmətli müştərilər, nəzərinizə çatdırırıq ki, 18 oktyabr tarixindən etibarən bankın bankomat və POS-terminallarında “Mir” kartları ilə bağlı əməliyyatlar dayandırılıb. Yaranmış narahatlığa görə üzr istəyirik və anlayışınıza görə təşəkkür edirik”, – bankdan bildirilib.

Qeyd edək ki, Qırğızıstanda ümumilikdə 23 bank fəaliyyət göstərir. Daha öncə də ölkənin “Doskredobank”, “Bakai Bank” və “Kompanion” bankı “Mir”lə bağlı xidməti dayandırıb.

Teqlər: