İran müharibəyə qarşı əlindən gələni edir

İran müharibəyə qarşı əlindən gələni edir

İran Ukraynadakı müharibəni dayandırmaq üçün bütün imkan və potensialından istifadə edir.

AzerTimes xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi polşalı həmkarı Andjey Duda ilə telefon danışığında bildirib.

Rəisi Ukrayna münaqişəsi ilə bağlı Qərb ölkələrinin İrana qarşı irəli sürdüyü ittihamları rədd edərək ölkə diplomatiyasının Avropada müharibənin dayandırılmasında rol oynadığını vurğulayıb.

“Mövcud şəraitdə həm Tehran, həm də Varşava müvafiq həll yolları təqdim etməklə iqtisadi və ticarət əlaqələrinin səviyyəsini yaxşılaşdırmağa çalışmalıdırlar”, – Rəisi söyləyib.

Teqlər: