Ukraynada döyüşlərdə daha bir azərbaycanlı həlak oldu

Ukraynada döyüşlərdə daha bir azərbaycanlı həlak oldu

Ukraynada davam edən döyüşlər zamanı daha bir azərbaycanlı həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları birləşmiş Radasının Krivoy Roq nümayəndəliyinin rəhbəri Kamal Ağayev məlumat verib.

O bildirib ki, əslən Zaqataladan olan soydaşımız 1966-cı il təvəllüdlü Vahid Əzim oğlu Əzizov Luqansk cəbhəsində gedən döyüşlər zamanı minamyot atışları zamanı həyatını itirib:

“Ukrayna vətəndaşı olan soydaşımız mart ayından könüllü döyüşlərə qatılıb, PDM (BMP) heyətində atıcı olub. qardaşı isə hal-hazırda Baxmut istiqamətində döyüşür”.

K.Ağayev onu da əlavə edib ki, Vahid Əzizovun ailəsi hazırda Krivoy Roq şəhərində yaşayır, bir oğlu və bir qızı var.

Teqlər: