Qazaxın 7 kəndi, Kərki ilə bağlı məsələlər delimitiasiya kontekstində həllini tapmalıdır – Xələf Xələfov

Qazaxın 7 kəndi, Kərki kəndinin Azərbaycanın nəzarətinə
qaytarılması və digər bununla əlaqəli məsələlər delimitiasiya
kontekstində həllini tapmalıdır.

Trend-in məlumatına görə, bunu xarici işlər
nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında
bildirib.

Onun sözlərinə görə, Ermənistan heç bir zaman bəyan edə bilməz
ki, bu ərazilər Azərbaycan ərazisi deyil.

“Bu ərazilər Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın
nəzarətinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün
məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın
nəzarətinə keçməsi müzakirə olunub öz həllini tapacaq”, – deyə
X.Xələfov qeyd edib.

Teqlər: