Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Liderin xatirəsini yad edib

Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının
müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər
rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbər heyəti Ulu Öndərin məzarı önünə gül
dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad edib.

Teqlər: