“Qarabağ” və “Bayer 04″ün start heyətləri bəlli oldu

“Qarabağ” və “Bayer 04″ün start heyətləri bəlli oldu

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda Bakıda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın “Bayer” komandasının start heyətləri açıqlanıb.

AzerTimes UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: Andrey Lunyov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Marko Veşoviç, Yassin Benzia, Ulio Romao, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Juninyo Olavio. Baş məşqçi: Qurban Qurbanov.

“Bayer”: Kovar, Alexandro Qrimaldo, Tapsoba, Conatan Tah, Kassunu, Adli, Andrix, Palasios, Tella, Borxa İqlesias, Hlojek. Baş məşqçi: Xabi Alonso.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Teqlər: