Kanada 40 mindən çox ukraynalıya təlim keçdi

Kanada 40 mindən çox ukraynalıya təlim keçdi

2015-ci ildən bəri kanadalı təlimatçılar 40 mindən çox ukraynalı əsgər və zabitə təlim keçib.

AzerTimes xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyr Ottavada keçirilən Təhlükəsizlik və Müdafiə Konfransında bildirib.

Nazir deyib ki, ukraynalılar digər məsələlərlə yanaşı, taktika, komandanlıq, nəzarət və ərazilərin minalardan təmizlənməsi üzrə təlim keçiblər.

Bleyr əlavə edib ki, Ottava lazım olana qədər Ukraynanı dəstəkləyəcək.

Teqlər: