Ukraynanın sağ qalması üçün… – Berbok

Ukraynanın sağ qalması üçün… – Berbok

Ukraynada sülh istəyənlər onun özünü müdafiə etməsi üçün bütün imkanları səfərbər etməli və Kiyevi daha çox hava hücumundan müdafiə, sursat və uzaq mənzilli silahlarla təmin etməlidir.

AzerTimes xəbər verir ki, bunu Berlində Almaniyanın xarici işlər naziri Annalena Berbok britaniyalı həmkarı Devid Kemeronla birgə mətbuat konfransında deyib.

“Ukraynanın sağ qalmasını təmin etmək üçün daha çox hava hücumundan müdafiə sistemi, uzaqmənzilli raket verməliyik”, – deyə Berbok bildirib.

Teqlər: