“Qarabağ” – “Marsel” klubları arasında cavab oyununun biletlərinin satışı dayandırılıb

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və
Fransanın “Marsel” klubları arasında keçiriləcək cavab oyununun
biletlərinin satışı dayandırılıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ağdam klubunun mətbuat xidməti
bildirib.

Bildirilib ki, sabah – fevralın 21-i saat 11:00-dan biletlər
yenidən satışda olacaq.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda
keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar stadion
tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Qeyd edək ki, görüş saat 21:45-də başlanacaq.

Teqlər: