Türkiyə ordusu Suriyanın şimalında 14 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 14 YPG
terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi
bildirib.

Silahlılar “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatlarının
keçirildiyi ərazilərə atəş açıblar.