Avtobuslarda cibgirlik edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin
əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon
ərazisində avtobuslarda cibgirliklə məşğul olan şəxs
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, tədbir
nəticəsində əvvəllər də eyni cinayətlər etdiyi üçün dəfələrlə
məhkum edilmiş paytaxt sakini Konstantin Qneuşev tutulub. Aparılan
araşdırmalar zamanı onun Suraxanı rayonu ərazisində hərəkət edən
avtobuslarda əsasən qadın sərnişinlərin əl çantalarını və mobil
telefonlarını oğurladığı məlum olub.

Faktlarla bağlı 32-ci Polis Bölməsində toplanan materiallar
Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin
paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə
ərazi üzrə polis orqanına, habelə DİN-in “102” Zəng Mərkəzinə və
Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə
bilərlər.

Teqlər: