Qanuna dəyişiklik Şuşa adından indiyə qədər istifadə edənlərə necə təsir edəcək?

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna
dəyişikliklə Şuşa şəhərinin adından istifadə edilməsi qaydasınin
müəyyən edilməsinin indiyənə qədər Şuşa adından müxtəlif yelərdə
istifadə edilməsinə necə təsir göstərəcəyinə aydınlq gətirilib.

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli bildirib ki,
bu qanun heç nəyi qadağan etmir, tənzimləyir.

“Bu qanun iki istiqamətdə tənzimləyir. Bir istiqamət ondan
ibarətdir ki, qanuna uyğun olaraq və müvafiq qurumun müəyyən etdiyi
hallarda Şuşa adından istifadə etmək olar. İkinci forma razılıq
ilə. Formasından asılı olmayaraq, indiyə qədər Şuşa adından
istifadə edənlər Şuşanı yaşatmaq məqsədi ilə ediblər. Dövlətin və
dövlət orqanlarının bu formata qarşı tədbir görmək niyyəti yoxdur.
Qanun qüvvəyə mindikdən sonra isə Şuşa adı ya istifadə edilməlidi
müəyyən edilən hallar içərisində ya da razılıq əsasında. Digər
hallar artıq məsuliyyətə səbəb ola bilər”, – deyə Ə.Hüseynli
bildirib.

Teqlər: