Peşəkar mediaya etibarın sarsılması problemlərə səbəb olur – ATƏT rəsmisi

Mürəkkəb dövrdə yaşayırıq. Belə bir dövrdə media azadlığı,
dezinformasiya məsələsi aktuallıq kəsb edir. Elm və texnologiyanın
inkişafı, smartfonlar məlumatların yanlış istiqamətdə yayılmasına
gətirib çıxarır. Bu da insanlarda etibarsızlıq yaradır. Peşəkar
mediaya etibarın sarsılması problemlərə səbəb olur.

AzerTimes-ın məlumatına görə, bunu ATƏT-in media azadlığı üzrə
nümayəndəsi Teresa Ribeiro “Dezinformasiyanın artımı: media
sahəsinə təsiri və səmərəli cavab tədbirləri strategiyaları”
mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, media azadlığı olmadan təhlükəsizlik ola
bilməz. Hadisələrin ətraflı, obyektiv və qərəzsiz ötürülməsi
peşəkar jurnalistikada əsas amildir.

Teqlər: