Prezidentdən neftin qiyməti ilə bağlı mühüm mesaj

Prezidentdən neftin qiyməti ilə bağlı mühüm mesaj

Gələn ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidir.

AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edərkən söyləyib.

“Mən artıq qeyd etdim, biz hamımız yadda saxlamalıyıq, çox güman ki, dünya iqtisadiyyatında tənəzzül, yəni, resessiya qaçılmazdır və buna hazır olmaq lazımdır. Resessiya, əlbəttə, əgər baş verərsə, ilk növbədə, neftin qiymətinə mənfi təsir göstərəcək”, – İ.Əliyev deyib.

“Biz bu barədə hələ danışacağıq, vaxta var. Amma biz dünyada gedən prosesləri əlbəttə ki, izləməliyik. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır”, – dövlət başçısı vurğulayıb.

Teqlər: