Rusiya vətəndaşının iddiasına DİN-dən cavab

Rusiya vətəndaşının iddiasına DİN-dən cavab

Həmin sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün nəqliyyat vasitəsi yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Sənədləri yoxlanılarkən sürücünün spirtli içki istifadə etdiyinə dair şübhələr yarandığı üçün onun müvafiq qaydada əvvəlcə alkotesterlə, daha sonra isə Narkoloji Xəstəxanada müayinədən keçirilməsi təmin edilib.

Bu sözləri AzerTimes-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Rusiya vətəndaşı Əliabas Ağayevin qanunsuz cərimə olunması ilə bağlı iddialarına cavab verərkən deyib.

O bildirib ki, həkim müayinəsi əsasında sürücü Əliabas Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və o, 400 manat məbləğində cərimə olunub:

“Dövlət Yol Polisi əməkdaşları tərəfindən bu zaman hər hansı qanunsuz hərəkətə yol verilməyib və iddiaların heç bir əsası yoxdur”, – məlumatda deyilir.

Qeyd edək ki, şikayətçi Ə.Ağayev spirtli içki qəbul etmədiyi halda polis tərəfindən 400 AZN məbləğində cərimə olunduğunu iddia edir.

Teqlər: