Dodon işarə etdi: Rusiya bizim ölkəni də parçalayacaq

Dodon işarə etdi: Rusiya bizim ölkəni də parçalayacaq

Moldova regionlarla məsləhətləşmədən Avropa Birliyinə inteqrasiyanı gücləndirərsə, o zaman ərazilərinin bir hissəsini itirəcək.

AzerTimes xəbər verir ki, bu barədə Moldova Prezidenti İqor Dodon deyib.

“Avropaya inteqrasiya nədir? Bu, dəqiq Dnestryanısız olacaq, Dnestryanı buna getməyəcək. Bu, cənubda dəqiq Qaqauziyasız olacaq, orada da buna getməyəcəklərini dedilər. Bizdə tamamən xaos və qeyri-sabitlik olacaq, ərazilərimizi itirəcəyik”, – deyə sabiq prezident bildirib.

Onun sözlərinə görə, AB və ABŞ-ın Moldovaya vəd etdiyi silahlar Rusiyaya qarşı yönələcək:

“Bizə indi silah nəyə lazımdır? Əgər silah alırsansa, o zaman mütləq hansısa mərhələdə kiməsə atəş açmalısan. Bəllidir ki, Qərb silahı Moldovada Qərbə qarşı yönəlməyib. Bu, şərqə (Rusiyaya – red.) atəş açmaq üçündür”.

Teqlər: