Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü
olub.

AzerTimes xəbər verir
ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin
əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik
ifadə olundu.

Söhbət zamanı 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə
dövlət başçılarının bir yerdə olması qardaşlığımızın rəmzi kimi
qiymətləndirildi.

Dövlət başçıları Bakıda keçirilən “TEKNOFEST Azərbaycan”
festivalının önəmini qeyd etdilər və bu tədbiri yüksək səviyyədə
olan əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdilər.

Görüşdə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyi qeyd
olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı
məsələlər müzakirə edildi.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyevanın Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ilə nahar
yeməyi oldu.

Teqlər: