“LOT Polish Airlines” aviaşirkətininTransatlantik şəbəkəsi azərbaycanlıların istifadəsinə veriləcək – idarəedici direktor

“LOT Polish Airlines” aviaşirkətinin Transatlantik şəbəkəsi
azərbaycanlıların istifadəsinə veriləcək

AzerTimes-ın
məlumatına görə, bu barədə aviaşirkətin idarəedici direktoru Rafal
Milçarski Varşava-Bakı-Varşava beynəlxalq reysinin açılması
münasibətilə keçirilən mətbuat konfransında deyib.

““Bizim Nyu-York, Çikaqo və digər şəhərlərə transatlantik
şəbəkəmiz azərbaycanlılar üçün də əlçatan olacaq”, – deyə o
bildirib.

R.Milçarski qeyd edib ki, milyonlarla polşalı turistin
Azərbaycana gələcəyinə şübhə etmir:

“Paytaxt Bakının gözəlliyi və Azərbaycan mətbəxinin zərif dadı
heyranedicidir”.

Aviaşirkətin idarəedici direktoru, həmçinin Azərbaycanda, o
cümlədən Qarabağda turizm sektorunun gələcək uğurlu inkişafına ümid
etdiyini bildirib:

“Mən də Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərə
qoşulmaq istərdim. Azərbaycan və Polşa xalqlarının qədimdən
qarşılıqlı hörmət ənənələri var. Ümidvaram ki, ölkələrimiz arasında
əlaqələr bundan sonra da çiçəklənəcəkdir”.

Teqlər: