Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin
bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış
məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun
Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan
Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə
fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat
şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Teqlər: