Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlığı və birliyi xalqlarımız üçün əsas yol istiqamətidir

Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin
yanındayıq və elə etməliyik və edəcəyik ki, qabaqda ancaq yaxşı
günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız
üçün əsas yol istiqamətidir. Bölgə və dünya üçün də çox önəmli
faktordur.

AzerTimes-ın məlumatına görə,
bunu Prezident İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST-
Azərbaycan” Festivalında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, Türkiyə-Azərbaycan birliyi
təhlükəsizlik, güvənlik, sabitlik faktorudur. Türkiyə Azərbaycan
bir yerdə nə qədər inamla addımlasa, bölgəmizdə sülh və barış o
qədər də möhkəm olacaq.

“Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü.
Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı
Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək
deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh
verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”, –
deyə Prezident İlham Əliyev vurğulayıb.

Teqlər: