Azərbaycan mədəniyyətdə və inkişafda dastan yazıb – Türkiyə Prezidenti

Azərbaycan qarşılaşdığı saysız haqsızlığa baxmayaraq
mədəniyyətdə və inkişafda dastan yazıb.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan mayın 28-də “Teknofest” festivalında çıxışı zamanı
deyib.

“Biz haqlı davamızı müdafiə etməkdən dönmədik, dönməyəcəyik.
Bizim kiminsə torpağında gözümüz olmadığı kimi, kiməsə verəcəyimiz
bir qarış torpağımız da yoxdur. Qarabağ Zəfəri millətimizin
qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Müzəffər Ali Baş
Komandan, qardaşım Prezident İlham Əliyevin qətiyyəti ilə Qarabağ
işğaldan azad edildi. Ağıl, texnologiya və vətənpərvərlik bir araya
gələndə nələrin baş verdiyinə bütün dünya şahid oldu”,- deyə
R.T.Ərdoğan bildirib.

Teqlər: