Prezident İlham Əliyev Qarabağ Zəfəri ilə əbədi tarix yazdı – Vətən Müharibəsi Qəhrəmanları (FOTO/VİDEO)

Bu gün bütün dünya Azərbaycana qibtə edir, uğurlarımız,
qələbələrimiz heyranlıqla qarşılanır. Xüsusilə də 44 günlük Vətən
Müharibəsindəki tarixi Zəfərimiz Azərbaycanı bütün dünyaya qalib
ölkə, xalqımızı isə qəhrəman xalq kimi tanıtdı. Bütün bu uğurlara
görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq, çünki hər
bir uğurumuz Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Bu fikirləri Trend Tv-yə Vətən Müharibəsi qəhrəmanları
bildiriblər.

Onlar Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan
dövləti və xalqı qarşısında göstərdiyi müstəsna xidmətlər,
ölkəmizin inkişafı, qüdrətlənməsi, dünyaya inteqrasiyası
istiqamətindəki yorulmaz fəaliyyəti barədə danışıblar.

Qəhrəmanlar bildiriblər ki, xüsusilə son bir neçə ildə Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük tarixi qələbələrə
imza atıb, Qarabağ Zəfəri əldə edilib: “Müzəffər Ali Baş
Komandanımız bu illər ərzində güclü ordu yaratdı, ordumuz ən müasir
silah-sursat, texnika ilə təmin edildi, hərbçilərimizin peşəkarlığı
durmadan artdı və biz müharibədə öz sözümüzü dedik”.

Azərbaycanın ərazi bütövlüyünün bərpasında göstərdikləri xüsusi
şücaətlərə görə Prezident İlham Əliyev tərəfindən Vətən Müharibəsi
Qəhrəmanı adına layiq görülən Füzuli İmrəliyev, Rəşad Nadirov,
Zəfər Yusibov, Şahin Hüseynquliyev, “Qarabağ” ordenli Vüsal Həsənov
və “Zəfər” ordenli Zaur Rəhimovun müsahibələri əsasında hazırlanmış
videoçarxı oxucuların diqqətinə çatdırırıq.

Teqlər: